WhatsApp Image 2025 05 29 at 12.18.56

Xətai rayonu, 8 Noyabr prospektində qəza baş verib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəzada iştirak edən nəqliyyat vasitələrinin sürücüləri avtomobilləri yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri səbəbindən hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Paylaş: