63598c1766c3063598c1766c3116668129516631d0edcaf6700c56ecf4a9b51bf0a9

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Globalinfo.az bu barədə XİN-in tviter hesabına istinadən xəbər verir.

“İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – XİN bildirib.

Paylaş: