91 yaşında evlənən avstriyalı milyonçu Riçard Luqner toydan iki ay sonra vəfat edib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Luqner onun adını daşıyan tikinti şirkətinin yaradıcısı və sahibi olub.
Son zamanlar şən milyonçu çox xəstələnməyə başlayıb. O, iyul ayında ürəyindən əməliyyat olunub. O, bel ağrısı və onurğa problemlərindən də şikayətlənib.