Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Robert Köçəryanın həbsi ilə bağlı Rusiyadan İrəvana hər hansı zəngin daxil olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Simonyan bu barədə “Dojd” telekanalına müsahibəsində deyib.
Bildirib ki, hazırda Moskva tərəfindən bu məsələ ilə bağlı heç bir əlaqə saxlanılmayıb və o, belə bir zəngin gəlməsini də istəmir:
“Hazırda Rusiyadan Robert Köçəryanla bağlı heç kim zəng etməyib. Ümid edirəm ki, heç kim də zəng etməyəcək, çünki bunun heç bir mənası yoxdur”.
O əlavə edib ki, Robert Köçəryan və onun rəhbərlik etdiyi siyasi qüvvənin səsləndirdiyi fikirlər əsasən Moskvadan gələn açıqlamalarla üst-üstə düşür.
Safura Bənnayeva
Globalinfo.az