
Ermənistan parlamentinin spikeri Alen Simonyan ona indiyədək hər hansı vəzifənin təklif edilmədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Simonyan baş nazir Nikol Paşinyanın yeni təklif irəli sürmədiyini söyləyib:
“Belə bir təklif olarsa, həmin vaxt məsələyə münasibət bildirəcəm. Hətta yaxın vaxtlarda belə bir təklifin olmaması da mümkündür”.
Simonyan özünü müxtəlif sahələrdə fəaliyyət göstərə biləcək siyasətçi hesab etdiyini bildirib:
“Mənə bir az dincəlməyə imkan verin. Səkkiz ildir ön cəbhədə əlimdə avtomat dayanmış kimi işləyirəm”.
Safura Bənnayeva
Globalinfo.az