Rusiya daha bir ölkəyə hücuma hazırlaşır? – Nazir danışdı

Rusiya tərəfindən Moldovaya hərbi təhdid inandırıcı görünmür.

Globalinfo.az xəbər verir ki, bunu Kişinyovda çıxışı zamanı Rumıniya xarici işlər naziri Boqdan Auresku deyib.

“Mən düşünmürəm ki, belə risk var. Əgər lazım olsa, Rumıniya Moldovaya yardım edəcək. Mən nəzəri situasiyaları müzakirə etmək istəmirəm”, – o bildirib.

Qeyd edək ki, dünən Moldovanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyats Rusiyanın ölkəyə 2023-cü ilin əvvəlində hücum etmək planının olduğunu açıqlayıb. O, Rusiyanın Dnestryanı ilə körpü yaratmağı planlaşdırdığını və ona görə də Ukraynadan bu əraziyə daxil ola biləcəyini deyib.

Gülnar Səlimova
Globalinfo.az