deccanherald 2026 05 14 vc48nhqc file85u5kj3cu42nhy208qb

Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə aparılan danışıqlar zamanı Tayvan məsələsinə yanlış yanaşmanın iki ölkə arasında hərbi toqquşma riskini artıracağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Çin lideri qeyd edib ki, düzgün yanaşma olduğu halda Pekin və Vaşinqton sabitliyi qoruyub saxlaya bilər:

“Lakin səhv addımlar iki ölkəni qarşıdurmaya və hətta açıq münaqişəyə sürükləyə bilər. “Müstəqillik” ideyası ilə Tayvan boğazında sülh eyni vaxtda mövcud ola bilməz. Regionda sülhün qorunması Çin və ABŞ münasibətlərinin ən vacib ortaq maraqlarından biridir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: