Xəbər verdiyimiz kimi, ABŞ Ordusunun Mərkəzi Komandanlığı İrana məxsus yük gəmisinin ələ keçirib. ABŞ Prezidenti Donald Tramp İran bayrağı altında üzən “Toska”adlı yük gəmisinin dəniz blokadasını yarmağa çalışdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
Trampın sözlərinə görə, təxminən 900 fut uzunluğunda olan və çəkisi təyyarədaşıyan gəmi qədər ağır olduğu deyilən “Toska” Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Spruance” idarə olunan raket esminesi tərəfindən saxlanılıb.
ABŞ prezidenti qeyd edib ki, Amerika qüvvələri gəmiyə dayanmaq üçün xəbərdarlıq edib, lakin İran heyəti buna məhəl qoymayıb. Tramp iddia edib ki, bundan sonra “USS Spruance” gəminin mühərrik bölməsinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə salıb.
“Hazırda ABŞ dəniz piyadaları gəminin nəzarətindədir. Gəminin tam nəzarəti bizdədir və göyərtədə nə olduğunu görürük”, – deyə Ağ Ev rəhbəri paylaşımında yazıb.
Safura Bənnayeva
Globalinfo.az