vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana və Ermənistana səfərinin dəqiq tarixləri məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past.info” məlumat yayıb.

ABŞ-ın böyük nümayəndə heyəti iki həftəlik səfər üçün Ermənistana gedib. Səfər ABŞ vitse-prezidenti Vensin ölkəyə planlaşdırılan ziyarətinə hazırlıq məqsədi daşıyır. Nümayəndə heyəti İrəvandakı “Armenia Mariott” hotelində bir mərtəbəni tam bron edib.

Ermənistana səfərindən – 9 fevraldan bir gün sonra, fevralın 10-da Vensin Azərbaycana səfəri gözlənilir”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: