“Rusiya 2029 və ya 2030-cu ildə Avropa qitəsində böyük müharibəyə başlamaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiyaya daha çox təzyiq göstərmək lazımdır. Döyüş meydanındakı vəziyyətə baxanda görürük ki, bu ölkə dayanmaq istəmir. Problem ondadır ki, Rusiya hərbi sənayesi istehsalını artırır. Bizim qiymətləndirmələrimizə görə, onlar bu müharibəni davam etdirmək istəyirlər,” – Zelenski bildirib.
Safura Bənnayeva
Globalinfo.az