yermakl

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ABŞ-a gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram hesabında məlumat paylaşıb.

“Biz Ukrayna üçün vacib olan məsələlər üzərində fəal işləyəcəyik. Gündəliyimiz kifayət qədər əhatəlidir. Müdafiəyə dəstək və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə danışmağı planlaşdırırıq. Həmçinin, əvvəllər imzalanmış İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişi də müzakirə edəcəyik”, – Yermak yazıb.

Zelenskinin ofisinin rəhbəri vurğulayıb ki, Ukrayna nümayəndə heyəti hər iki ABŞ partiyasının (respublikaçılar və demokratlar) nümayəndələri ilə görüşlər keçirəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: