owl detail 620 8a8c2733c4ade0d505df07538c02f4b1

“Ukrayna Kursk bölgəsinə böyük miqdarda NATO texnikası gətirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, qismən işğal olunmuş Rusiya regionunda (Kurskda – red.) Ukrayna Silahlı Qüvvələrinin texnikasının irimiqyaslı hərəkəti qeydə alınıb.

Həmçinin bildirilir ki, ən elit bölmələrdən biri – Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) 73-cü alayı Sudja yaxınlığını tərk edib. Bundan əlavə, Rusiya şəhəri yaxınlığında üç batalyon taktiki qrupu yaradılır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: