Pakistandan İran konsulluğuna hücumla bağlı AÇIQLAMA

Pakistan İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytında bəyanat dərc olunub.

“Bu hücum Suriyanın suverenliyini, onun sabitliyini və təhlükəsizliyini pozur. Pakistan İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücumu qətiyyətlə pisləyir. Ölənlərin ailələrinə, İran xalqı və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu, beynəlxalq hüququn və BMT nizamnaməsinin pozulmasıdır. Diplomatik münasibətlərə dair 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatlara və ya diplomatik obyektlərə hücumlar qanunsuzdur. İsrail silahlı qüvvələrinin məsuliyyətsiz hərəkəti onsuz da qeyri-sabit olan regionda ciddi eskalasiyaya gətirib çıxara bilər. Biz BMT Təhlükəsizlik Şurasını İsrailin regiondakı avantürist davranışının və qeyri-qanuni hərəkətlərinin qarşısını almağa çağırırıq”, – bəyanatda vurğulanır.

Əliyar Xəlil
Globalinfo.az