44 günlük müharibədə ŞOK: Erməni generallar əsgərləri belə öldürüb – VİDEO

WhatsApp Image 2024 04 03 at 09.34.09

Tanınmış erməni bloger Roman Baqdasaryanın 44 günlük müharibədən paylaşdığı görüntülər Ermənistanda rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Baqdasaryan müharibə zamanı erməni komandirlərin əsgərlərinin brojiletlərini qəsdən yandırdığını bildirib.

Bloger Ermənistan ordusunun əsgərlərinin qəsdən ön cəbhəyə göndərildiyini və həlak olanların sayının çox olmasına çalışıldığını söyləyib. Məlumata görə, separatçıların “generalları” və “zabitləri” 13 mindən çox bronjilet yandırıblar.

Baqdasaryanın sözlərinə görə, separatçılar müharibə müddətində tez-tez əsgərlər üçün bronjiletlərə ehtiyac olduğuna dair çağırışlar ediblər. Hətta Rusiyadakı erməni təşkilatları bu tələbatı qarşılamaq üçün külli miqdarda pul göndəriblər. Lakin separatçılar bütün pulları mənimsəyiblər.

Bloger yayımlanan görüntülərin Əsgəranda çəkildiyini deyib. Məlumata görə, Ermənistan ordusunun xüsusi təyinatlıları ərazidə separatçılar üçün nəzərdə tutulan bronjiletlərin yandırıldığını aşkarlayıblar. Hətta bu məsələnin yoxlanılması üçün Qarabağa göndərilən müfəttişlərə sui-qəsdə cəhd edildiyi, onların möcüzəvi şəkildə sağ qaldıqları bildirilir.

Bloger Qarabağda öldürülən 3 min erməninin 40%-nin daxildəki qüvvələr tərəfindən qətlə yetirildiyini iddia edib.

Qeyd edək ki, 44 günlük müharibədə erməni tərəfi ümumilikdə 10 minə yaxın itki verib. Müdafiə Nazirliyinin yaydığı əməliyyat görüntülərində ölən erməni terrorçularının sayının deyiləndən – 4 mindən – daha çox olduğu görünür.

 

Bu gönderiyi Instagram’da gör

 

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Ayşən Mustafa
Globalinfo.az