ABŞ İsrailə zərbə vurmağa hazırlaşır – İLK DƏFƏ

“ABŞ ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) bir bölməsinə qarşı sanksiyalar tətbiq edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, sanksiyalar “Netzach Yehuda” batalyonu və onun üzvlərinin ABŞ-dan hər hansı hərbi yardım almasının və ya ABŞ təlimatçılarından təlim almasının qarşısını alacaq.

Qeyd edək ki, “Netzach Yehuda” batalyonu ilə bağlı təhqiqat 2022-ci ilin sonlarında, əsgərlərin Fələstin mülki vətəndaşlarına qarşı bir neçə zorakılıq hadisəsində iştirak etməkdə ittiham olunduğu vaxt başlayıb.

Safura Bənnayeva
Globalinfo.az