Brüsseldə Paşinyandan elə şey istəyiblər ki… – Xaçatryan

“ABŞ və Aİ-nin Paşinyan Brüsselə getməzdən əvvəl vəd etdiyi məbləğ iqtisadi bumu təmin etmək üçün çox azdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri aprelin 5-də Brüsseldə keçirilən görüşün yekunlarına görə Aİ və ABŞ-ın Ermənistana göstərəcəyi dəstəkdən danışan Milli Assambleyanın Ermənistan fraksiyasının deputatı Artur Xaçatryan deyib.

“Fikrimcə, görüşdə daha böyük şərtlər qoyuldu ki, Ermənistan vəziyyəti dəyərləndirərək altından çıxa bilməyəcəyini anladı və rədd etdi. Onun siyasəti nəticəsində Paşinyan iki qayanın arasında qalıb. Rusiya-Qərb ziddiyyətləri fonunda Ermənistan Rusiyaya kiçik narahatlıqlar yaradır. Ola bilsin, aranın qızışdırılmasına cəhd edilib, amma ümid edirəm ki, hakimiyyət onların nə ilə üz-üzə qaldığını anlayır”, – Artur Xaçatryan bildirib.

Safura Bənnayeva
Globalinfo.az