Müharibəni yalnız o dayandıra bilər – KİV

“Rusiya-Ukrayna müharibəsinin başa çatması Rusiya Prezidenti Vladimir Putinin əlindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “WYSO” radiosunun araşdırmasında bildirilib.

Materialın müəllifləri əlavə ediblər ki, Rusiyanın hərbi və iqtisadi sabitliyində nəzərəçarpacaq problem yoxdur.

“Ukrayna döyüş bölgəsində çətinliklərlə üzləşib. Rusiya prezidenti əmindir ki, Moskva Qərbin Kiyevə dəstəyinin öhdəsindən gələcək və sanksiyalara baxmayaraq, iqtisadiyyatını inkişaf etdirə biləcək”, – araşdırmada qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az