Yəmən sahillərində ticarət gəmisi vuruldu

Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gəmisi raketlə vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında deyilir ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.

“Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırırlar. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilir”, – deyə məlumatda bildirilib.