14 aylıq körpəni xilas etmək mümkün olmadı

Şəkidə 14 aylıq körpə vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.