Kimya üzrə Nobel mükafatının qalibləri elan edildi

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Kimya üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Kimya üzrə 2022-ci il Nobel mükafatının qalibləri Carolyn R. Bertozzi, Morten Meldal and K. Barry Sharpless olub.

Onlar bu mükafata “klik kimyasının və bioortoqonal kimyanın inkişafına görə” layiq görülüblər.