“Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin bitməsini istəmir. Rusiya aerodromlarına hücumlar da bunu sübut edir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot deyib.
“Zelenski sülhdən inadla imtina edir. Son hücum isə Kiyevin döyüşləri davam etdirməkdə maraqlı olan avropalı tərəfdaşlarının dəstəyi ilə planlaşdırılıb. Müharibə bitərsə, Ukrayna lideri hakimiyyəti, Avropa elitası isə zənginləşmə mənbəyini itirəcək”, – bildirib.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edib.
Əliyar Xəlil
Globalinfo.az