Fransada 17 və 18 oktyabr tarixlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş iğtişaşlar nəticəsində dəymiş ziyanın həcmi 207 milyon avroya çata bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “France Assureurs” peşəkar sığorta şirkətləri federasiyasından bildirilib.
Federasiyadan bildiriblər ki, bu iki gün ərzində bütün ölkəni əhatə edən etirazlar zamanı 5 280 müraciət qeydə alınıb.
Risklərin qiymətləndirilməsi üzrə ixtisaslaşan “Morningstar DBRS” reytinq agentliyi ilkin zərəri 1,2 milyard avro məbləğində qiymətləndirib.