Polşa münaqişə başa çatdıqdan sonra Ukraynada hərbi qüvvə yerləşdirməyi planlaşdırmır.
Globalinfo.az xəbər verir ki, Baş nazir Donald Tusk bu barədə ölkədə keçirilən NATO-nun “Koalisiya 26.2” təlimləri ilə bağlı açıqlamasında bildirib.
Tusk qeyd edib ki, Polşa “Könüllülər koalisiyası”nda Ukraynaya hərbçi göndərilməsi formasında iştirak etmir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ilə əvvəlcədən razılıq əldə olunub.
“Əvvəldən Prezident Volodimir Zelenski ilə razılaşaraq bildirmişdik ki, Ukraynada Polşa əsgərləri olmayacaq”, – deyə Polşa hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, Tusk daha əvvəl Rusiya ilə danışıqların Avropa aspekti üzrə məsləhətləşmələrin aparılmayacağını da bəyan edib.
Tahir Turan
Globalinfo.az