Almaniya kansleri Fridrix Merz Ukrayna böhranının həlli istiqamətində irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinin mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Merz bu fikirləri Berlində keçirilən “Könüllülər koalisiyası”nın iclasından sonra səsləndirib.
O qeyd edib ki, müəyyən şərtlər daxilində və münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunarsa, sanksiyaların aradan qaldırılması məsələsinə baxıla bilər.
Kansler Şençjendə keçirilməsi nəzərdə tutulan ABŞ, Rusiya və Çin liderlərinin görüşünün effektivliyinə də şübhə ilə yanaşıb. O, bu formatı əsasən “foto çəkdirmək imkanı” kimi xarakterizə edib və belə bir görüşün Avropaya sülh gətirməyəcəyini iddia edib.
Tahir Turan
Globalinfo.az