Vladimir Putin Avropa ölkələrinin Rusiya ilə mümkün müharibə barədə xəbərdarlıqlarını əsassız adlandırıb. O, Moskvanın Avropaya hücum etmək niyyətində olmadığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Onlar Avropaya hücumla bağlı nə danışırlar? Hamı başa düşür ki, bizim Avropa ilə müharibə etmək niyyətimiz yoxdur. Bu nə cəfəngiyatdır?” – deyə Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, Avropa liderləri hər gün 2030-a qədər Rusiya ilə müharibənin başlaya biləcəyindən danışırlar.
“2030-cu ilə hazırlaşmağa ehtiyac yoxdur. Biz hücum etmək niyyətində deyilik”, – deyə o vurğulayıb.
Rusiya Prezidenti Avropa ilə münasibətlərin tam normallaşması üçün bəzi ölkələrdə siyasi elitaların dəyişməsinin zəruri olduğunu söyləyib.
O əlavə edib ki, Avropa ölkələrinin əhalisi və ictimai təşkilatları hərbiləşməni və Rusiya ilə müharibəni istəmir.
Əliyar Xəlil