1772308447 1763296327 netanyahu 900x506 2

“İsraillilərin əksəriyyəti İranla müharibəyə və sonradan ABŞ ilə bağlanan razılaşmaya mənfi yanaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Belə ki, bununla bağlı əhali arasında sorğu keçirilib və iştirak edənlərin 92,1%-i qalibin Tehranın olduğuna inanır:

“İbrani Universitetinin apardığı sorğuya görə, respondentlərin 82,9%-i kampaniyanın İsrailin uzunmüddətli təhlükəsizliyini zəiflətdiyinə inanır və 86,0%-i onun nəticələrini mənfi qiymətləndirir.

Bundan əlavə, Baş nazir Benyamin Netanyahunun İsrailin əhəmiyyətli uğurlar qazandığını və mövcudluq təhlükəsini aradan qaldırdığını deməsinə respondentlərin 72,5%-i inanmır.

İsraillilərin 87,8%-i isə ölkənin məqsədlərinə çata bilmədiyini və ya yalnız bir hissəsinə nail olduğunu düşünür”.

Netanyahunun fəaliyyətinə gəldikdə, respondentlərin 56,4%-i baş nazirin uğursuz olduğunu fikirləşir.

Eyni zamanda, sorğu göstərib ki, israillilərin 48,2%-i ABŞ Prezidenti Donald Trampla toqquşma riski olsa belə, “Hizbullah” hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasını dəstəkləyir.

Sorğu 17-20 iyun tarixləri arasında Agam İnstitutu və İbrani Universiteti arasında əməkdaşlıq çərçivəsində aparılıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: