Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində mümkün ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Alen Simonyan ölkəsinin İctimai Televiziyaya müsahibəsində bildirib.
“Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və şəxsi qənaətimə görə, Konstitusiya dəyişdiriləcəyi təqdirdə sülh müqaviləsinin imzalanması bir neçə günün məsələsidir”, – deyə Simonyan vurğulayıb.