Almaniyanın “Die Welt” qəzetində Ukraynanın Krım körpüsünə hücumuna Moskvanın sərt cavab verəcəyi ilə bağlı xəbərdarlığı müzakirə edilib.
Globalinfo.az xəbər verir ki, nəşrin şərh bölməsində oxuculardan biri Avropa ölkələrinin, xüsusilə Almaniyanın hərbi addımlarının hansı nəticəyə gətirib çıxaracağını sual edib. O bu siyasətin məqsədinin sülh, yoxsa Almaniya ərazisində müharibə olduğunu sorğulayıb.
Digər şərhçilər Kiyevin addımlarını tənqid edərək, onların münaqişənin həllinə töhfə vermədiyini və Avropa ölkələri üçün əlavə maliyyə yükü yaratdığını bildiriblər.
Oxuculardan biri belə addımların Rusiyanın cavab reaksiyasına səbəb olacağını qeyd edib. O, həmçinin ABŞ-dan səsləndirilən, Ukrayna rəhbərliyinin mövqeyinin münaqişəni uzatmaqdan başqa nəticə vermədiyi barədə fikirlərlə razılaşıb.
Müzakirədə Avropa siyasətçilərinin böhranın dərinləşməsindəki rolu da tənqid olunub. Bir oxucu Avropa İttifaqının öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Tahir Turan
Globalinfo.az