ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı tələsik qərar qəbul etmək niyyətində olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, “Axios”un məlumatına görə, Tramp bu barədə nəşrin sualını cavablandırarkən danışıb.
“İranla bağlı heç bir qərar verməyə tələsmirəm. Yeni il başlayandan sonra nə olacağını görəcəyik”, – deyə ABŞ lideri bildirib.
Nəşr xatırladıb ki, Tramp fevral ayında, münaqişənin başlamasından bir gün əvvəl də qərar vermədiyini söyləmişdi. Lakin sonradan məlum olmuşdu ki, o, İrana zərbə endirilməsi barədə əmri artıq verib.
Tahir Turan
Globalinfo.az