putin 1536x864 1

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynada müharibəni başlatmadığını, əksinə, münaqişəyə son qoymağa çalışdığını iddia edib.

Globalinfo.az xəbər verir ki, onun çıxışı “Max” kanalında yayımlanıb. Putin Rusiyanın səkkiz ildir Ukraynadakı böhranı həll etməyə çalışdığını bildirib.

Kremlin məlumatına görə, Putin bu barədə Şençjendə keçirilən APEC sammitindən sonra təşkil olunan mətbuat konfransında danışıb.

Rusiya lideri ABŞ Prezidenti Donald Trampla görüşü zamanı 2014-cü ildə Ukraynada baş verən hadisələrlə bağlı mövqeyini açıqladığını bildirib.

O, münaqişənin başlanğıcını Kiyevdə hakimiyyət dəyişikliyi ilə əlaqələndirib və həmin hadisələri dövlət çevrilişi kimi qiymətləndirib.

Putinin sözlərinə görə, bundan sonra Ukraynanın yeni hakimiyyəti onu tanımayan bölgələrə qarşı hərbi əməliyyatlara başlayıb. O iddia edib ki, Rusiya səkkiz il ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: