Alim Qasimov 3431

“GTA 6” oyununda Alim və Fərqanə Qasımovaların muğam ifası yer alacaq.

Globalinfo.az xəbər verir ki, məşhur “GTA 6” videooyununda Azərbaycan musiqisinə də yer verilib.

Oyunda radio stansiyasını “Kaleidoscope FM”ə dəyişən zaman Nelly Furtadonun məşhur “Say It Right” mahnısının fərqli versiyası səslənəcək. Belə ki, azərbaycanlı sənətkarlar Alim Qasımov və Fərqanə Qasımovanın həmin mahnıya muğam üslubunda verdikləri ifa oyunda təqdim olunan musiqi nümunələri sırasına daxil edilib.

Ata və qızın ifasında kamança, tar və dəf alətləri vokalla müşayiət olunur. Beləliklə, dünya pop musiqisinin tanınmış nümunələrindən biri Azərbaycan muğamının improvizasiya imkanları ilə yeni formada təqdim edilir.

Qeyd edək ki, oyunda Nelly Furtadonun orijinal ifası deyil, Alim Qasımov və Fərqanə Qasımovanın özünəməxsus muğam interpretasiyası səslənəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: