Kremldə Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunun mətni ilə tanış olublar.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Bildirib ki, məktub barədə Rusiya Prezidenti Vladimir Putinə Özbəkistan Prezidentinin işgüzar səfərinin bir hissəsi başa çatdıqdan sonra məlumat veriləcək.
Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski görüş istəyirsə, Moskvaya səfər edə bilər.
Aysel Əliyeva
Globalinfo.az