putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrini könüllü olaraq tərk edən hərbçilərin sayı təxminən 60 min nəfərdir.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda aparıcı qlobal xəbər agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.

Rusiya liderinin sözlərinə görə, insanlar zorla işə götürülür, onların heç bir motivasiyası yoxdur və heç kim döyüşmək istəmir.

Xatırladaq ki, eyni görüşdə Vladimir Putin Rusiya-Çin əməkdaşlığından da danışıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: