GMPVRRBTXNJH7GQZFOZKSZDFUQ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktub ünvanlayıb. 

Globalinfo.az xəbər verir ki, məktub Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.

Zelenski məktubda müharibənin dayandırılmasına çağırış edib və birbaşa liderlər səviyyəsində görüş keçirməyi təklif edib. Rusiya-Ukrayna müharibəsinin hər iki ölkə üçün ağır nəticələr doğurduğunu bildirib. O, Rusiyada da müharibədən narazılığın artdığını iddia edib.

“Rusiyalılar müharibənin sonunun görünməməsindən narazıdırlar. Onlar artan qiymətlərdən, məhdudiyyətlərdən və yeni səfərbərlik ehtimalından narahatdırlar”, deyə məktubda qeyd olunub.

Ukrayna Prezidenti həmçinin döyüş meydanında Rusiyanın ciddi itkilər verdiyini iddia edərək bildirib ki, son ay ərzində ölən və ağır yaralanan Rusiya hərbçilərinin sayı 30 mini ötüb.

Bununla yanaşı, Ukrayna tərəfi müharibənin uzadılmasında maraqlı olmadığını bəyan edib. Məktubda müharibənin başa çatdırılması üçün birbaşa təmasların vacibliyi vurğulanıb. Ukrayna lideri Rusiya Prezidenti ilə neytral ölkələrdən birində görüş keçirməyə hazır olduğunu açıqlayıb.

“Mən görüş təklif edirəm. Əsas məsələləri liderlər həll edir. Bu həmişə belə olub və həmişə də belə olacaq”, məktubda qeyd edilib.

O, həmçinin AvropaABŞ-ın mümkün sülh prosesində iştirakının vacibliyini vurğulayaraq, Ukraynanın tam atəşkəsə və “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsinə hazır olduğunu bildirib.

Məktubun sonunda Ukrayna Prezidenti müharibənin dayandırılması ilə bağlı qərarın Rusiyanın əlində olduğunu vurğulayıb.

“Seçim indi sizindir. Müharibə bəsdir. Ukrayna bu müharibəni bitirməyi təklif edir”, – deyə o bildirib.

4 14

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: