Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkə rəhbərliyinin Avropa İttifaqına inteqrasiya siyasətini sərt tənqid edib. O, hakimiyyətin elan etdiyi Aİ-yə üzvlük kursunu “avantüra” adlandıraraq bunun mövcud iqtisadi sistem üçün ciddi risklər yaratdığını bildirib.
Globalinfo.az xəbər verir ki, İrəvanda keçirilən seçkiqabağı mitinqdə Rusiya mediasına danışan sabiq prezidentin sözlərinə görə, hazırkı hakimiyyətin siyasəti Ermənistanın iqtisadiyyatını təhlükə altına qoyur.
Köçəryan qeyd edib ki, Ermənistan iqtisadiyyatı uzun illərdir Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə formalaşmış əlaqələr üzərində qurulub və bu əməkdaşlıq real nəticələr verir.
“Ölkə rəhbərliyi Rusiya və Aİİ ilə mövcud praktik əlaqələri dağıdır. Halbuki Ermənistan iqtisadiyyatı məhz bu münasibətlər üzərində qurulub və onlar effektiv işləyir. Bütün bunlar isə gözəl görünən bir nağılın arxasınca getmək naminə edilir”, – deyə o vurğulayıb.
Əliyar Xəlil