1727530221 1706977126 0ace0 1577804846

İraqda üç günlük matəm elan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “İraqi” portalı məlumat yayıb. Bildirilir ki, İraqda tanınmış şiə dini liderlərindən biri, ayətullah Məhəmməd İshaq Fəyyaz vəfat edib.

Nüfuzlu şiə ilahiyyatçısı hesab olunan Fəyyaz Əfqanıstanın Qəzni vilayətində doğulub, dini təhsilini İran və İraqda alıb və son illərini də İraqda yaşayıb.

Onun ölümü səbəbindən İraq hakimiyyəti ölkədə üç günlük milli matəm elan edib.

“İslam elmləri və dini təfəkkür özünün ən görkəmli nümayəndələrindən birini itirdi”, – Ölkənin baş naziri əl-Zeydi qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: