Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu açıqlayıb. Bunun ABŞ-la Ankoricdə əldə olunan razılaşmalar əsasında həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Rusiya əlbəttə ki, hazırdır və sülh yolu ilə razılığa gəlmək istəyir. Bunun əsasında ABŞ Prezidenti Donald Trampla Ankoricdə apardığımız müzakirələr dayanır”, – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, Moskva Ankoricdə razılaşdırılmış kompromislərə getməyə hazırdır. Bunun üçün isə Kiyevin də eyni mövqedən çıxış etməsi lazımdır.
Rusiya lideri həmçinin bildirib ki, Avropa İttifaqı ölkələri Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynaya bilməz. Bunun səbəbi Aİ-nin Ukraynaya verdiyi dəstəkdir.
Əliyar Xəlil