WhatsApp Image 2026 06 04 at 22.58.58

İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əhməd Xomeyni İranın rəsmi mövqeyini dəstəklədiyini və hökumətin müharibənin dayandırılması ilə bağlı tələblərində güzəştə getməməli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

ABŞ-la münasibətlərə toxunan Xomeyni Vaşinqtona etimadın ciddi şəkildə zədələndiyini vurğulayıb.

“Bundan sonra siz bizdən soruşmalısınız ki, ABŞ-yə yenidən necə güvənə bilərik”, – deyə o qeyd edib.

Heç bir rəsmi dövlət vəzifəsi daşımayan ictimai-siyasi fiqur ABŞ administrasiyasına qarşı sərt mövqeyini qoruyub saxladığını bildirsə də, münaqişələrin həlli məqsədilə aparılan danışıqların davam etdirilməsinə qarşı çıxmadığını da vurğulayıb.

Əhməd Xomeyni əlavə edib ki, o, babası Ruhullah Xomeyninin siyasi xəttinə sadiqdir və İranın ABŞ siyasətinə münasibətində əsas prinsiplərin dəyişməz qaldığını hesab edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: