DÇ-2026-nın açılış matçının keçirilməsi təhlükə altına düşə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, 2026-cı il dünya çempionatının açılış oyununda üz-üzə gələcək Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmalarının qarşılaşması əlverişsiz hava şəraiti səbəbindən təxirə salına bilər.
Meteoroloqların proqnozlarına əsasən, Sakit okeanda müşahidə olunan “El Nino” fenomeni ABŞ və Meksika ərazilərində güclü qasırğa və dağıdıcı tufan yarada bilər. Bu isə turnirin ilk oyununun vaxtında keçirilməsini sual altına qoyur.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə olaraq mundialda 48 milli komanda mübarizə aparacaq. Yarışın biletlərinin qiyməti 100 dollardan başlayır, bəzi VIP və xüsusi sektorlarda isə 6370 dollara qədər yüksəlir.