stubb

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının gələcəkdə 40 üzv dövlətdən ibarət ola biləcəyini bildirib və blokun genişlənməsinin vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə dövlət televiziyasına müsahibəsində bildirib.

Stubbun sözlərinə görə, Avropa İttifaqı qlobal siyasətdə və iqtisadiyyatda təsir gücünü artırmaq üçün yeni üzvlərin qəbulunu davam etdirməlidir. O, potensial namizədlər sırasında Böyük Britaniya, Norveç, İslandiya və Qərbi Balkan ölkələrinin adını çəkib.

“Təcili bu ölkələrin hər biri vahid ittifaqda birləşməlidir. Böyük Britaniya, Norveç, İslandiya və Qərbi Balkan ölkələri birləşib daha geniş bir ittifaqın üzvü ola bilər. Bu nə qədər sürətli olarsa, ölkələr üçün bir o qədər prespektiv olar”, – deyə Stubb bildirib.

Finlandiya lideri çıxışında Türkiyənin Avropa İttifaqına üzvlük perspektivinə də toxunub və bu məsələnin gələcəkdə yenidən qiymətləndirilə biləcəyini qeyd edib.

Stubb həmçinin Kanadanın da blokla daha sıx inteqrasiyasının nəzərdən keçirilə biləcəyini bildirib. Onun fikrincə, bu cür addımlar Avropa məkanının geosiyasi və iqtisadi çəkisini artırmağa xidmət edə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: