G7 xarici işlər nazirlərinin növbəti görüşünün tarixi bəlli oldu

nBkSUhL2hFgjmMqzIb6BrNOp2Z318Ji mifGnuWR9mOBdDebBizCnTY8qdJf6ReJ58vU9meMMok3Ee2nhSR6ISeO9G1N wjJn

Böyük Yeddilik Qrupunun xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.

“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, – sənəddə deyilir.

Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.