Araqci 1

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İsrailə qarşı müharibənin başa çatması üçün Tehranın əsas tələbi yerinə yetirilməlidir.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, İranla ABŞ-İsrail arasında əldə olunacaq hər hansı atəşkəs razılaşması Livanı da əhatə etməlidir. Çünki Tehran bu cəbhələri bir-biri ilə əlaqəli hesab edir.

“Danışıqların ilk günündən bəyan etmişik ki, müharibə təkcə İranda deyil, müqavimət oxunun bütün cəbhələrində, o cümlədən Livanda da başa çatmalıdır. İranın ali rəhbəri Əli Xameneinin qətlində iştirak edən şəxslər cəzalandırılmalıdır”, – Əraqçi bildirib.

Nazir ABŞ və İsrailin zərbələri zamanı Əli Xameneinin kabinetində olduğunu da açıqlayıb.

“Dağıntılar altından çıxanda düşündüyüm ilk şey onun hücumun əsas hədəfi olub-olmaması idi”.

Onun sözlərinə görə, Cenevrə danışıqlarından qayıtdıqdan sonra Əli Xamenei ilə görüşərək ona son vəziyyətlə bağlı məruzə təqdim edib.

“Bizim olduğumuz binaya zərbə endirilmişdi, lakin yerləşdiyimiz qanad zərər görməmişdi”, – deyə nazir əlavə edib.

Əraqçi vurğulayıb ki, müharibə təhlükəsinin yüksək olmasına baxmayaraq, Əli Xamenei sığınacağa çəkilməyi seçməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: