WhatsApp Image 2024 05 03 at 12.51.07

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın həbsi ilə bağlı anons verib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə televiziyanın efirində bildirib.

O qeyd edib ki, Köçəryan məhkəmə və hüquq sistemindəki əlaqələri sayəsində məsuliyyətdən yayınır.

Baş nazirin sözlərinə görə, seçkilərdən dərhal sonra keçmiş prezident barəsində hüquqi proseslər sürətləndirilməlidir.

“Robert Köçəryan çox tez bir zamanda və uzun müddətə həbsxanaya düşməlidir”, – Paşinyan vurğulayıb.

O, həmçinin iddia edib ki, Köçəryanı məsuliyyətdən qoruyan qüvvələr ölkədə formalaşmış “məhkəmə və hüquq mafiyasıdır”.

Qeyd edək ki, Robert Köçəryan Xocalı soyqırımında və Azərbaycana qarşı törədilmiş digər müharibə cinayətlərində ittiham olunur. O, eyni zamanda Ermənistanda 2008-ci ilin mart hadisələrinə görə məsuliyyət daşıyan əsas fiqurlardan biri hesab edilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: