irevan moskva 900x575 1

ABŞ Dövlət katibi Marko Rubionun sonuncu paylaşımı diqqət çəkib.

Rubio paylaşımında, “Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib. Bu, təkcə bitməyib, həm də artıq imzaladığım və rifaha aparan yeni yolun başlanğıcı olan razılaşma, anlaşma memorandumu ilə bağlanıb”, – sözlərini qeyd edib.

Ağ Ev rəsmisi söhbətin ABŞ və Ermənistan arasında imzalanan “Tramp marşrutu” üzrə çərçivə sazişindən getdiyini qeyd edib.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Rubionun sözləri həqiqətdir:

“Həm cari vəziyyət, həm də perspektiv baxımından məsələ hərbi cəhətdən bitib. Ermənistan Azərbaycanla əvvəllər olduğu kimi hərbi gərginliyə girmək istəmir. Bu, onun dövlətçilik anlayışına uyğun deyil.

Münaqişənin yenidən başlaması Rusiyaya da sərf etmir. Kreml bunu öz ərazilərinə transformasiya etmək kimi görür. Moskva ilə bağlı müxtəlif informasiyalar yayılsa da, münaqişənin yenidən alovlanmasında maraqlı deyil. Lakin bu, Kremlin Zəngəzur dəhlizi başda olmaqla Cənubi Qafqazda varlığını sübut edəcək faktorlardan imtina etdiyi mənasına gəlmir. Rusiya məqsədlərinin reallaşması üçün əlindən gələni edəcək.

fuzuli qurbanov
Füzuli Qurbanov

Moskvadan gələn məlumatlardan görünür ki, erməni diasporunun üzərinə məsuliyyət qoyulur. Hətta Ermənistanın Rusiya diktəsində qalmasına yardım göstərməsi istənilir. Bütövlükdə regionda münaqişənin necə yatırıldığı Rusiyanın hansı payı alacağı və ya almayacağı ilə bağlıdır. Ehtimal və qeyri-müəyyənlik qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: