3 11

Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, ilk olaraq yarışda üçüncü yeri tutan Serbiya və Macarıstan komandalarına bürünc medallar verilib.

Ardınca gümüş mükafatın sahibi Ukrayna seçməsi fəxri kürsüyə çıxıb.

Son olaraq Azərbaycan millisin oyunçularına qızıl medallar və kubok təqdim edilib.

Tədbirdə Avropa Minifutbol Federasiyasının prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan millisi finalda Ukraynanı iki cavabsız qolla üstələyərək Avropa çempionu olub.

***23:45

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. “Tipos Arena”da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.

Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Paylaş: