Zelenskidən izahat tələb edildi – Onu niyə həbs etmisən?

Amerikalı milyarder və sahibkar İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ vətəndaşı Qonzalo Liranın həbsi ilə bağlı izahat tələb edib.

Globalinfo.az xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində yazıb.

O, Liranın Ukrayna liderini tənqid etdiyinə görə iyul ayından Kiyevdə həbsdə olmasına münasibət bildirib:

“Biz Kiyevə 100 milyard dollar göndərəndən sonra bir amerikalını həbs etdilər? Bəlkə, bu, təkcə Zelenskinin tənqidi ilə bağlı deyil? Çünki əgər səbəb təkcə budursa, o zaman bizim böyük problemlərimiz var”.

Qeyd edək ki, bu ilin mayında Ukrayna amerikalı bloger Qonzalo Liranı həbs edib.

Safura Bənnayeva
Globalinfo.az