el

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kirill Budanov arasında gərginlik yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK- Ukranie” məlumat yayıb.

“Bir neçə həftə əvvəl Zelenski ilə Budanov arasında münasibətlər kritik nöqtəyə qədər gərginləşmişdi. Lakin prezidentlə ofis rəhbəri arasında baş tutan açıq danışıqdan sonra əməkdaşlıq daha konstruktiv mərhələyə keçib.

Onlar bütün məsələlərdə tam razılığa gəlib deyə bilmərik, amma münasibətlər xeyli yaxşılaşıb”, – deyə hökumət dairələrindəki mənbə nəşrə bildirib.

Prezident ətrafındakı digər bir mənbə isə qeyd edib ki, Budanov xarakter və emosionallıq baxımdan Zelenski ilə tam anlaşa bilmir:

“Onların daha az ünsiyyətdə olması və emosional kompromisə getməməsi əvvəl çətinliklər yaradıb”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: