Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının iclasını keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.

Globalinfo.az xəbər verir ki, iclasda hücum əməliyyatları, cəbhənin silah və digər lazımi şeylərlə təmin olunması ilə bağlı problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin mühüm enerji infrastrukturunun mühafizəsi planının icrası və Ukraynanın qarşıdan gələn qışa hazırlığı müzakirə edilib.