“Rusiya ordusunun hücumu nəticəsində bir sutkada 83 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yazıb.
O, zərbələrin ağır olduğunu etiraf edib:
“36-sı ballistik olmaqla, müxtəlif tipli 90 raket, 600-dən çox dron buraxılıb. Təəssüf ki, bütün ballistik raketləri vurmaq mümkün olmayıb.
Rusiya hücumunun əsas hədəfi məhz Kiyev olub”.