1717572398362630 1200x630jpg 1717574427

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

“Hər iki ölkənin yanaşmalarının, o cümlədən “3+3” Məşvərətçi Regional Platforması çərçivəsində sıx əlaqələndirilmənin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: